!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fərqanə Qasımova: “Hörmətli Ərdoğanın bizdən “Sarı gəlin”i oxumağımızı rica etməsi...” - AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində təqdim olunan Azərbaycan povilyonunda Xalq artisti, ustad xanəndə Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova da çıxış edib. Onların ifaları tədbirə qatılan Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanı təsirləndirib. Prezident telekanallara verdiyi müsahibəsi zamanı bunu xüsusilə qeyd edib.

Səfərdən qayıdan Fərqanə Qasımova təəssüratlarını Yenicag.az-la bölüşüb.

O, Cənab Ərdoğanın öz çıxışında “Sarı gəlin”i xüsusi qeyd etməsini qədim, milli musiqimizin yüksək səviyyədə təbliği kimi dəyərləndirib:

“Dubay Ekspo 2020”-də Azərbaycan pavilyonunun təmsilçilərindənp olaraq, bu tədbirə xüsusi çıxış hazırladıq. Təqdim etdiyimiz kompozisiyada maraqlı sintez yaratmışdıq. Bu parçada Simayi Şəms muğamı üzərində Türk marşının sözləri Qarabağ şikəstəsinə keçir və türkün qələbə ruhu ilə tamamlanır…

Türkiyənin Cumhurbaşqanı sayın Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan pavilyonunda əyləşərək ifamızı sonadək dinləməsi hamımız üçün qürurverici bir jest oldu. Türkiyə prezidentini müşayiət edən dünya mediası Azərbaycan musiqisinə göstərilən bu hörmətə, bu böyük rəğbətə şahid oldu. Sonra bizə Cənab Ərdoğanın xahişini çatdırdılar, qədim türk şərqisi “Sarı gəlin”i oxumamızı rica etdilər. Böyük məmnuniyyətlə ifa etdik. Cənab Ərdoğanın öz çıxışında “Sarı gəlin”i xüsusi qeyd etməsi isə qədim, milli musiqimizin yüksək səviyyədə təbliği idi. Çıxışımız bitincə, Türkiyə Cümhurbaşqanı və dövlət adamları ilə qısa ünsiyyətimiz baş tutdu və xatirə fotosu ilə bu unudulmaz gün tarixə yazıldı. Bizi möhtəşəm tədbirdə Azərbaycanı təmsil etmək şərəfinə layiq bildikləri üçün Heydər Əliyev Fonduna minnətdarlığımızı bildiririk”.

Cəvahir

www.yenicag.az

3158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv