!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fərqli standartlara malik “VİKİPEDİYA” SENZURASI: “Yeni səhifə yaradılmasına cəhd göstərdikdə...”

!Reklam – Yazi

“Digər xarici dillərdən yararlanaraq yeni resurslar yaradaraq həqiqətləri özümüz dünyaya çatdırmalıyıq”.

Bu fikirləri “Vikipediya”nın mübahisələrə səbəb olan məhdudlaşdırıcı qaydaları haqda danışan “Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyinin sədri Aydın Xan Əbilov  Yenicag.az-a açıqlamasında bildirib.Onun sözlərinə görə, digər dünya dillərindən yararlanaraq yeni resurslar təsis etmək daha yaxşı olardı:

“İnternetin ilkin dönəmlərində hələ sosial şəbəkə və saytlar yaradılmamışdı. Eləcə də, tərkib etibarilə zəngin deyildi və sadəcə, lokal mənbə kimi istifadə edilirdi. Sonrakı dönəmlərdə artıq internetin imkanları genişləndirildi və axtarışlar oradan aparıldı. Daha sonra bunu əvəzləyəcək alternativlər formalaşdırılmağa başlandı.

Dövlət orqanları, elm, təhsil və digər qurumların saytları yarandıqca, boşluqlar doldurulurdu. Bu zaman “Vikipediya”da sırf Azərbaycanla bağlı axtarışların sayı aşağı düşdü. Onun fonunda sosial şəbəkələrin inkişafı həmin platformanı “kölgə”yə sıxışdırdı.

Buna baxmayaraq, sözügedən bu sayt əhəmiyyətini saxlayır. O baxımdan, ABŞ-da bu sayta müəyyən senzura tətbiq edilib. Bir müddətdir, “Vikipediya” təşkilatının Azərbaycan nümayəndəliyi də mövcuddur. Qurumun yüksək redaktor və senzorluq bacarıqlarına malik olduğunu vurğulaya bilərik.

Bəzən saytda hansısa məsələ ilə bağlı yeni səhifə yaradılmasına cəhd göstərdikdə, buna imkan verilmir. Çünki ictimaiyyətə açıq olduğundan, yazılar yoxlanılmalı və müəyyən prosedurlardan keçirilməlidir. Bu, müəyyən mübahisələr doğursa da, sübutu olmayan faktların redaktəyə ehtiyacı var.

Yaxşı olardı ki, digər dünya dillərindən yararlanaraq yeni resurslar yaradaq və həqiqətləri özümüz dünyaya çatdıraq. Bununla da həm əcnəbilər, həm də öz vətəndaşlarımız ilkin mənbə kimi “Vikipediya” yox, qeyd etdiyimiz platformadan istifadə etmək imkanı qazanar”.

Yusif Səmədzadə

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv