ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375%-dək artıracaq.
Yeniçağ.Az-ın məlumatına görə, bu barədə tənzimləyicinin mart iqtisadi proqnozunda bildirilir.
Ötən ilin dekabrında FES 2017-сi ildə uçot dərəcəsinin 3 dəfə artırılacağını proqnozlaşdırmışdı.
“Artımı ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri labüd edəcək”, deyə FES-in fevralın sonunda yaydığı məlumatda bildirilirdi.
Qeyd edək ki, bu gün FES uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.
Yeniçağ.Az