!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fəsil dəyişikliyinin orqanizmə FƏRQLİ TƏSİRLƏRİ: “Allergik reaksiyaların artması və...”

!Reklam – Yazi

“İnsanlar normal halda fəsil dəyişmələrinə çox asan uyğunlaşsalar da, həssas və allergik reaksiyalara meylli olan fərdlərdə fərqli vəziyyət müşahidə edilir”.

Bu fikirləri fəsil dəyişikliyi dövründə insan orqanizmində baş verən dəyişikliklər və təsirlər haqda danışan professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, fəsil dəyişikliyi dövründə insanlar öz həkimləri ilə mütamadi əlaqə saxlamalı, onlarla məsləhətləşməli, profilatik tədbirlər görməlidirlər:

“Hər bir fəsil dəyişikliyi insan orqanizminə təsirsiz ötüşmür. Burada iqlim təlatümləri, temperaturun, rütubətin, insanların bir müddət uyğunlaşdığı müəyyən şərtlərin dəyişməsi, əlbəttə, orqanizmdə də müəyyən fərqliliklər yaradır. Sağlam fərdlər adətən, buna rahat adaptasiya olsalar da, həssas orqanizmlə yanaşı, müxtəlif xəstəliyi olanlarda müəyyən problemlər özünü göstərə bilər.

Əslində, yaz və payız aylarında ən çox rast gəlinən sinir, mədə-bağırsaq sistemi və allergiya xəstəlikləridir. Bahar fəslində allergik reaksiyaların, kataraktaların – göz qızarması, qaşınması kimi reaksiyaların sayı kəskin artır. Mədə və onikibarmaq bağırsaq xorasının kəskinləşməsi müşahidə edilir. Bu xoralar çox vaxt yatmış olsa da, yaz və payız fəslində bəzən kəskinləşə bilir. Həmin dövrdə orqanizmin fəallaşması, xeyli bioloji və biokimyəvi reaksiyaların sürətlənməsi baş verir. Bütün bunlar həm sağlamlıq göstəricilərində, həm də fərdlərin fəaliyyətində özünü göstərir.

Düşünürəm ki, insanlar normal halda fəsil dəyişmələrinə çox asan uyğunlaşsalar da, həssas və allergik reaksiyalara meylli olan fərdlərdə fərqli vəziyyət müşahidə edilir. Fikrimcə, fəsil dəyişikliyi dövründə insanlar öz həkimləri ilə mütamadi əlaqə saxlamalı, onlarla məsləhətləşməli, profilatik tədbirlər görməlidirlər”.

İsmayıl Bakuvi

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv