!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ ABŞ ordusunda: Terrorçular Pentaqona sızıblar - FOTOLAR

!Reklam – Yazi

Türkiyədə dövlət çevrilişinə cəhd etmiş “Fətullahçı” terror şəbəkəsinin (FETÖ) üzvləri Amerika Birləşmiş Ştatları (ABŞ) Silahlı Qüvvələrinə sızmağı bacarıblar.

Yenicag.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Bildirilib ki, rəsmi Ankaraya daxil olan məlumata görə, FETÖ-nün rəhbəri Fətullah Gülənlə şəxsən görüşən, təşkilatın önəmli şəxslərilə birbaşa təmasda olan Nizaməddin Gül ABŞ Müdafiə Nazirliyində çalışır.

Gülün ABŞ Ordusu Tibbi Tədqiqat Kimyəvi Müdafiə İnstitutunun Analitik Toksikoloji Şöbəsinin müdiri vəzifəsində çalışdığı bildirilir. O, bioterror üzrə mütəxəssis kimi işləyir.

Sözügedən şəxsin əldə etdiyi gizli bilgiləri FETÖ-yə ötürüb-ötürmədiyi də müzakirə mövzusudur.

Onu da bildirək ki, Nizaməddin Gülün qardaşı Əsaləddin Gülə qarşı səsləndirilən “silahlı terror təşkilatına üzv olmaq” və “terrorun maliyyələşdirilməsi” ittihamları sübuta yetirilirək həbs edilib.

 

www.yenicag.az

413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv