!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-yə növbəti AĞIR ZƏRBƏ: Gülənçilərin Azərbaycandakı keçmiş lideri yaxalandı - FOTO

!Reklam – Yazi

FETÖ terror quruluşunun maliyyələşdirilməsində yaxından iştirak edən Mehmet Cintosun Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən yaxalanaraq Türkiyəyə gətirilib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, silahlı terror təşkilatına üzvlükdə ittiham olunaraq barəsində axtarış elan edilən Mehmet Cintosun 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan şəbəkəsinin rəhbərliyini həyata keçirib.

Məlumata görə, 2014-cü ildə Türkiyəyə qayıdan Cintosun 2016-cı il 15 iyul çevriliş cəhdindən sonra xaricə qaçmışdı. FETÖ-nün ayaqda qalmasına yönəlik fəaliyyətini ölkə xaricində davam etdirən Cintosun güvəndiyi gülənçilər vasitəsilə Türkiyədə məsuliyyətdən yayınmağa nail olan şəbəkə üzvlərinə maddi dəstək göstərib.

Qeyd olunur ki, Cintosun FETÖ-nün rəhbərliyində yer alan Bahəddin Karataş, Harun Tokak, Talip Büyük kimi fiqurlarla birgə həyata keçirdiyi beynəlxalq maliyyə fəaliyyətini idarə edib və Türkiyədən qeyri-leqal yollarla xaricə qaçmaq isətəyən gülənçilərə loqistik dəstək verib.

Yuxarıda vurğulandığı kimi, Azərbaycanda 20 ilə yaxın fəaliyyət göstərmiş Cintosun bu müddət ərzində Bakıda geniş restoran biznesi quraraq onun vasitəsilə böyük pullar qazanıb və həmin vəsaitlərin əhəmiyyətli hissəsini FETÖ-nün maliyyələşdirilməsinə yönəldib.

Lakin 15 iyul uğursuz çevriliş cəhdindən sonra FETÖ-nün Azərbaycan şəbəkəsinə qarşı görülən müəyyən tədbirlər nəticəsində Cintosunun restoran biznesi də zərbə aldı. Azərbaycanda işlədiyi dönəmdə terror şəbəkəsinin lideri Fətullah Gülənin verdiyi “imam” statusunda Azərbaycanın Şirvan, Sabirabad, Salyan və başqa bölgələrində qurduğu geniş əlaqələr sayəsində təhsil məsələləri ilə də məşğul olub, Türk Özəl Liseyində çalışıb. Bununla belə, nə qədər təəccüblü olsa da, yaxalanan FETÖ mənsubunun Azərbaycan paytaxtında hələ də fəaliyyət göstərən restoranlarının olduğu bildirilir.

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv