Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fəxrəddin Altundan çıxışını silən "YouTube"a reaksiya: "Bu, riyakarlıqdır" - VİDEO

Reklam: High Technic

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Şəhid Diplomatlar” sərgisindəki çıxışının “YouTube” tərəfindən “nifrət nitqi” bəhanəsi ilə silinməsinə sərt reaksiya verib.

Yenicag.az xəbər verir ki, Fəxrəddin Altun “Twitter” hesabındakı paylaşımında “YouTube” tərəfindən silinən çıxışına yer verib.

“Təəssüf hissi ilə bildirmək istəyirəm ki, “Şəhid Diplomatlar” sərgisindəki çıxışım “YouTube” tərəfindən senzuraya məruz qalıb. Çıxışda guya nifrət nitqi varmış. Xahiş edirəm, dinləyin və özünüz qərar verin. Bu, ikili standartdır, bu, riyakarlıqdır. İslama və müsəlmanlara qarşı nifrət nitqinə məhəl qoymayan, terror təşkilatlarının təbliğatına asanlıqla yer verən “YouTube” türk diplomatlarımızı şəhid edən qatil terrorçular haqqında söylədiklərimizi nifrət cinayəti (?) sayır.

Xoşunuza gəlsə də, gəlməsə də, hər fürsətdə terrorizmin dilinin, dininin və irqinin olmadığını söyləyəcəyik. Hər sahədə olduğu kimi, media və rabitə sahəsində də yerli və milli platformalara ehtiyacımız olduğunu bir daha gördük. Yaşasın həqiqət!”, – deyə o qeyd edib.

www.yenicag.az

180
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100