Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Fəxri ad davası aparan elə adamlar var ki, jurnalistikanın baş hərfindən xəbəri yoxdur” - Baş redaktor

“Azərbaycan mətbuatının 145 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi təqdirəlayiq haldır. Ümid edirəm ki, mətbuatın cəfasını çəkən jurnalistlər bayram ərəfəsində layiq olduqları qiyməti alacaqlar”.

Yenicag az xəbər verir ki, bu fikirləri “AzPolitika.info”ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib.

Baş redaktor bildirib ki, Azərbaycanda fəxri ad almağa haqqı çatan xeyli jurnalist var:

“Prezidentin sərəncamının mürəkkəbi qurumamış jurnalist təşkilatlarının sədrlərinə, KİV rəhbərlərinə müraciət edib, onlardan təqdimat prosesində ədalət prinsipini gözləməyi xahiş etdim. Hamıdan rica etdim ki, dostbazlıq, qohumbazlıq edib istedadlı jurnalistlərin yoluna daş dığırlamasınlar. Heç olmasa, bu dəfə haqqı çatan adamların mükafatlandırılmasına mane olmasınlar. İnanıram ki, redaktor həmkarlarım səsimə səs verərək, mətbuatın cəfasını çəkən zəhmətkeş jurnalistlərin mükafatlandırılmasını təmin edəcəklər”.

Seymur Verdizadə onu narahat edən vacib bir məqama da toxunub. Qeyd edib ki, Prezidentin məlum sərəncamından sonra ortaya düşən bir qrup adamın hərəkəti onu məyus edib:

“Fəxri ad davası aparan elən adamlar var ki, onların jurnalistikanın baş hərfindən xəbəri yoxdur. Hələ indiyə kimi bircə ciddi yazının altına imza qoymayıblar. Ay qardaş, ay bacı, sən indiyə kimi hansı xəbəri yazmısan, hansı araşdırmanı aparmısan, hansı müsahibəni götürmüsən? Ayıb deyilmi? Özünə hörmət edən adam qohum-qardaşına, dost-tanışına necə deyə bilər ki, filan statusun altından mənim adımı yaz? Axı bu kiçik ölkədə kimin sözün, kimin pulun qulu olduğunu hamı yaxşı bilir. Siz niyə anlamırsınız ki, bu məsələlər sosial şəbəkələrdə həll olunmur? İnsanlar kənardan bizə baxır. Orden-medal ehtirasınızı içinizdə boğun, boyunuzdan böyük iddialarınızla camaatı bizə güldürməyin. Özünüz cəhənnəm, jurnalistikanı hörmətdən salmayın!”.

www.yenicag.az

475