Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Fəzail Ağamalının oğlu qəza törətdiyi deyilən qardaşından danışdı

Millət vəkili Fəzail Ağamalının kiçik oğlu Elçin Ağamalı qardaşının idarə etdiyi “Jeep” markalı maşınla piyadanı vurması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Yenicag.az saytı ilə əlaqə saxlayan Elçin Ağamalı böyük qardaşı Yalçın Ağamalının Azərbaycanda olmadığını qeyd edib:

“Qardaşım 15 günə yaxındır ki, Türkiyədədir. Yayılan məlumatın qardaşımla heç bir əlaqəsi yoxdur. Məlumatda qeyd olunduğu kimi, qardaşımın 36 yox, 44 yaşı var. Ümumiyyətlə, onun indiyədək “Jeep” markalı avtomobili olmayıb. Yayılan yanlış məlumata görə, məhkəməyə və aidiyyatı qurumlara müraciət edəcəyik”.

Bundan başqa Elçin Ağamalı deputat Fəzail Ağamalının səhhətində yaranan problemlərlə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, atasının səhhəti ilə bağlı ciddi narahatlıq olmadığıını söyləyib:

“Atam da Azərbaycanda deyil. Səhhətində heç bir problem yoxdur. Kiçik bir narahatlıq var idi, o da aradan qaldırılıb. İnşallah, 10 günə Azərbaycana qayıdacaq”.

www.yenicag.az

2032
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM