Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fəzail İbrahimli təbliğat-təşviqat prosesini uğurla başa çatdırır - FOTOLAR

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Fəzail İbrahimli təbliğat təşviqat prosesini uğurla başa çatdırır.

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günündə Fəzail İbrahimli qəhrəmanın doğma kəndi Əliabadda olmuşdur. Seçki təbliğatının son günündə Fəzail bəy həmçinin Cəlilabad rayonu Ağdaş kəndində əhali ilə görüş keçirib. Fəzail İbrahimli bu kənddə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Xəlilov Tarverdi Məmmədxan oğlunun ailəsini ziyarət edib.

Daha sonra Fəzail bəy bu kənddə seçicilərlə görüşüb, onların qarşısinda öz platformasını geniş formada izah edərək seçiləcəyi halda rayonun problemlərinin həlli üçün əlindən gələni edəcəyini və ləyaqətli bir millət vəkili olacağına söz verib. Daha sonra Fəzail İbrahimli Masallı stansiyasında çoxsaylı seçicilərlə görüşmüşdür. Görüşdə seçicilər 9 fevralda F.İbrahimliyə səs verəcəklərini yekdilliklə bildirmişlər.

Loading...

www.yenicag.az

540