!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FHN ağacəkmə aksiyaları keçirib

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Gəncə, Şimal-qərb və Şimal Regional Dövlət Yanğın Nəzarəti idarələrinin xidməti ərazilərində ağacəkmə aksiyaları keçirilib.

FHN-dən Yenicag.az-a verilən xəbərə görə, Gəncə şəhərində Heydər Əliyev park-kompleksində, Qəbələ şəhərində yerləşən akademik Zərifə Əliyeva adına parkda, Bakı-Quba avtomobil yolunun Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindən keçən hissəsinin kənarında keçirilmiş aksiyalarda Gəncə, Şimal-qərb və Şimal Regional Dövlət Yanğın Nəzarəti idarələrinin əməkdaşları və müvafiq yerli icra hakimiyyətlərinin rəhbər heyəti iştirak edib.

Aksiyaların keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Aksiyalarda ümumilikdə 300-dən artıq müxtəlif növ ağac əkilib.

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv