!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FHN-in beynəlxalq humanitar əməliyyatlarda fəaliyyəti mövzusunda tədbir keçirildi - FOTO

!Reklam – Yazi

Aprelin 5-6-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin beynəlxalq humanitar əməliyyatlarda fəaliyyəti” mövzusunda tədbir keçirilib.

Yenicag.az FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbir Nazirliyin Baş əməliyyat idarəsi, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının birgə təşkilatçılığı keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd Akademiyanın kursantlarının beynəlxalq humanitar əməliyyatlarda fəaliyyət üzrə biliklərin arıtılması və bacarıqlarının təkmilləşdirilməsi olub.

FHN Beynəlxalq axtarış-xilasetmə dəstəsinin və Akademiya rəhbərliyinin, 4-cü kursun komandir və kursant heyətinin iştirakı ilə baş tutan tədbirdə çıxış edən FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin humanitar fəaliyyət sahəsində tapşırıqlarının operativ yerinə yetirilməsi qarşıya qoyulan prioritet məsələlərdəndir. Bu məqsədlə dövlət dəstəyi ilə Nazirliyin maddi-texniki bazasının müasir texnika və avadanlıqlarla daha da gücləndirilməsi, komandir-rəis heyətinin biliklərinin artırılması, bacarıqlarının təkmilləşdiriməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. O, qeyd edib ki, humanitar əməliyyatlarda ölkəmizin layiqincə təmsil olunması məqsədilə Nazirliyin tabeliyində Beynəlxalq axtarış-xilasetmə dəstəsi yaradılıb. Dəstənin şəxsi heyəti həm xarici ölkələrdə, həm də ölkəmizdə keçirilən bir sıra təlim və kurslarda iştirak edir, qazanılmış bilik və təcrübə nəticəsində humanitar əməliyyatlarda iştirak edərək öz vəzifələrini layiqincə yerinə yetirir. Ə.Əliyev hazırda Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçirilməyə hazırlığı üzrə tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. O, Nazirliyin qüvvələrinin Türkiyə Respublikasında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyətindən də danışıb.

Sonra FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Təhsil məsələləri üzrə sektor müdiri Cabir Həsənov və FHN Akademiyasının rəis müavini polkovnik Aslan Hüseynov çıxış edərək təhsil ocağının kursant heyətinin Nazirliyin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin fəaliyyəti ilə yaxından tanış olmalarının əhəmiyyətindən danışıblar.

Daha sonra Akademiyanın müəllim və kursant heyətinə nazirliyin Beynəlxalq axtarış-xiasetmə dəstəsinin fəaliyyəti ilə ümumi tanışlıq, “INSARAG təşkilatının zəlzələ hadisələrində rolu, Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin fəaliyyəti”, “RDC (qəbuletmə-yolasalma mərkəzi) prosedurlarının təşkili”, “UCC (şəhər əməliyyatlarının koordinasiya mərkəzi) sahə əməliyyatlarının koordinasiyasının təşkili”, “Xilasetmə əməliyyatlarının başlanğıc mərhələsi. Qrup komandirinin və şəxsi heyətin fəaliyyəti” mövzularında çıxışlar olub, eləcə də Dəstənin RDC, UCC və menecment üzrə praktiki fəaliyyətləri nümayiş etdirilib.

Sonda keçirilmiş tədbirin mövzusuna dair geniş müzakirə aparılıb və Akademiyanın kursant heyətinə sertifikatlar təqdim edilib.

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv