!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti hissəsi ölkəmizə qayıtdı

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti hissəsi bu gün təyyarə ilə ölkəmizə qayıdıb.

Yenicag.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda xilasediciləri Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Türkiyəli diplomatlar Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv