!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fidanla Blinken arasında müzakirə edilən məsələlər məlum oldu

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ABŞ-nin Dövlət katibi Entoni Blinken ilə görüş keçirib.

Bu barədə Yenicag.az-ın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Təxminən 45 dəqiqə davam edən görüş mediaya qapalı keçirilib. Görüşdə iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün qarşıdakı dövrdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Qara Dəniz Taxıl Təşəbbüsü, İsveçin NATO-ya üzvlüyü və Qarabağdakı son hadisələr də ətraflı şəkildə müzakirə olunub.

Natiq Çıraqzadə

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv