Reklam

Reklam

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.

Yeniçağ.Az Apasport.az-a istinadən xəbər verir ki, aprel üçün müəyyənləşən 100 ən güclü arasında Azərbaycan qrossmeysterlərinin sayı dəyişməz qalıb.

Top-100-də yer alan 5 şahmatçımızdan ən yaxşı nəticə son aylar olduğu kimi, yenə Şəhriyar Məmmədyarova məxsusdu. Ötən ayla müqayisədə mövqeyi dəyişməz qalan qrossmeysterimiz 10-cu yerdədi. O, 2772 reytinq xalına malikdi.

Son yarışlarda iştirak etməyən Teymur Rəcəbov (2710) isə geriləməkdə davam edir. Fevralda oyun keçirməyən həmyerlimiz 37-ci pilləyə enib.

Rauf Məmmədovun (2689) mövqeyində dəyişiklik olmayıb. O, keçən ay olduğu kimi 53-cüdü. Ondan fərqli, Eltac Səfərli (2680) geriləyib. Qrossmeysterimiz yeni siyahıda 1 pillə aşağı endiyindən 63-cüdü.

Milliləşdirilmiş yeganə legionerimiz Arkadi Naydiç (2702) də geriləyənlər sırasındadı. Latviya əsilli zəka sahibimiz 1 rəqibini özündən irəli buraxmaqla, 42-ci yerə düşüb.

Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2838) başçılıq edir. Uelsli Sonun (ABŞ, 2822) ikinci olduğu cədvəldə Fabiano Karuana (ABŞ, 2817) 3-cüdü.

Qadınların cədvəlində ən güclülər arasında isə artıq Azərbaycan təmsilçilərindən heç kim yoxdu. Burdakı yeganə şahmatçımız Gülnar Məmmədova ötən ay 85-ci olsa da, bu dəfə “100-luy”ü tərk edib. Bu siyahıya isə çinli Yifan Hou (2649) başçılıq edir.

Yeniağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 69
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.