!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

FIFA göy və rəqəmin tətbiqinin əleyhinədir

!Reklam – Yazi

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino təşkilatın göy vərəqənin tətbiqinə qarşı çıxdığını bildirib.

Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, “Sky News” İnfantinonun bu sözlərini sitat gətirir: “FIFA göy vərəqələrin qəti əleyhinədir. Göy vərəqəyə qırmızı vərəqə göstərəcəyik. Heç vaxt. Biz IFAB-da, FIFA-da ideya və təkliflərin nəzərdən keçirilməsinə həmişə açığıq… Lakin bunlara nəzər salanda oyunu, onun mahiyyətini, ənənələrini müdafiə etməliyik. Göy vərəqə yoxdur”.

Bundan əvvəl mediada xəbər yayılmışdı ki, tezliklə futbol oyununda göy vərəqə tətbiq oluna bilər. Göy vərəqə oyunda aşkar qayda pozuntusuna və yaxud hakimlə aşkar mübahisəyə görə təqdim edilə bilər. Göy vərəqə alan oyunçular meydandan 10 dəqiqəlik çıxarılacaq. Göy vərəqələrin testdən keçirilməsinə yaxın vaxtlarda gənclər və qadın komandalarında, eləcə də aşağı liqalarda başlana bilər./Azertag/

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv