Reklam

Reklam

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti kimi öz adımdan və bütün futbol ictimaiyyəti adından təbrik edirəm.

İnanıram ki, son illərdə Azərbaycanın sabitliyinə və iqtisadi inkişafına verdiyiniz mühüm töhfələr, idarəçilik qabiliyyətiniz və yüksək insani keyfiyyətləriniz Azərbaycan Respublikasının Prezidenti kimi qarşınızda duran vəzifələrin həllində Sizə kömək edəcək və ölkənizin sabit inkişafına müsbət təsir göstərməkdə davam edəcək.

Fürsətdən istifadə edərək, həmçinin ölkənizdə futbolun geniş yayılmasını təmin etmək, eləcə də futbolun müxtəlif mədəni və ictimai maneələrin aradan qaldırılmasında əhəmiyyətini nümayiş etdirmək və bu idman növünü hamı üçün əlçatan etmək istiqamətindəki səylərinizə və dəstəyinizə görə Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm.

Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Ən qısa zamanda yenidən görüşüb Sizi şəxsən təbrik etməyi arzulayıram”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1285
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."