!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

FIFA prezidenti “Qarabağ”ı təbrik edib - FOTO

!Reklam – Yazi

FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibi olmuş “Qarabağ” klubunu təbrik edib.

Funksioner bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.

Məktubu təqdim edirik:

“Hörmətli prezident, “Qarabağ” FK-nı 2022/2023-cü illər mövsümündə Azərbaycanın çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm!

Bu titul komandanın zəhməti, ehtirası və fədakarlığı olmadan əldə edilə bilməzdi. Klubdakı hər kəslə fəxr edə bilərsiniz. Bu böyük nailiyyətdə əməyi keçən hər kəsə mənim təbriklərimi çatdırın.
Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropada futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm.

Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm”, – məktubda bildirilib.

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv