!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FIFA və UEFA azərbaycanlı futbolçunun vəfatı ilə bağlı başsağlığı verdilər

!Reklam – Yazi

FIFA və UEFA milli komandamızın sabiq futbolçusu Şəhriyar Rəhimovun vəfatı ilə əlaqədar AFFA-ya başsağlığı məktubu ünvanlayıblar.

Yenicag.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumlarının rəhbərliyi adından Azərbaycan futbol ailəsinə başsağlığı verilib.
Qeyd edək ki, Şəhriyar Rəhimov avqustun 25-də – 34 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib. O, 2018-19-cu illərdə Azərbaycan millisinin heyətində doqquz oyunda meydana çıxıb. Mərhum futbolçu karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib.

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv