Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fikrət Fərəməzoğlu aclıq aksiyasına başlayıb

Jam.az (Jurnalist Araşdırma Mərkəzi)saytının həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlu iki gündür ki, saxlandığı 1 saylı Bakı istintaq Təcridxanasında aclıq aksiyasına başlayıb.

Bu barədə Yeniçağ.az-a jurnalistin həyat yoldaşı Faiqə Nosreti məlumat verib.

«Fikrət zəng etmişdi. Dedi ki, ayın 18-dən aclıq aksiyasına başlayıb. O, bu addımı ilə məhkəmənin ədalətsizliyinə və sifarişli həbsinə etiraz edib. Amma bunları mənə deyəndə danışığımızı yarımçıq kəsdilər. Kimsə qışqırdı ki, “çölə məlumat ötürmə”. Təzyiqlər artıq bu həddədir» – deyə, jurnalistin həyat yoldaşı bildirib.

Yeniçağ.az

www.yenicag.az

440