!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Filmləri ilə ölməzlik qazanan Eldar Quliyev: Doğum günlərini qeyd etməyi çox sevsə də...

!Reklam – Yazi

Hər hansı başqa bir film çəkməsəydi də belə, təkcə “Bir cənub şəhərində” filmi adının milli kino tarixinə əbədi həkk olunması üçün yetərlidir. Kinomanlar göydə tutdular ki, söhbət yaradıcılığı Azərbaycan kinosunda xüsusi mərhələ təşkil edən görkəmli rejissor Eldar Quliyevdən gedir.

Yenicag.az xəbər verir ki, bu gün görkəmli rejissorun doğum günüdür. “Babək”, “Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, ”İstanbul reysi”, “Dərvişin qeydləri” və digər filmləri ilə kino tarixində özünəməxsus yer tutan Eldar Quliyev yaşasaydı, dostlarını, yaxınlarını başına cəm edib 83 yaşını qeyd edərdi. Çünki doğum günlərini özünəməxsus şəkildə qeyd etməyi sevərdi. Necə ki bunu vaxtilə mənə verdiyi müsahibələrin birində də etiraf etmişdi: “Doğum günlərimi qeyd etməyi sevirəm.

Çünki doğum günlərim olmasa, yəqin mən də olmaram. Hər doğum günü mənim var olmağım deməkdir”.

Bütün yaradıcı insanlar kimi onun da arzuları bitib-tükənmirdi. Yeni filmlər çəkmək istəyirdi. Müsahibəsində onu da demişdi ki, “Allah mənə imkan versin, bu arzularımı yerinə yetirə bilim”. Bunun üçün Allahdan möhlət də istəyirdi. Ömürsə vəfa etmədi.

Amma bu gün cismən həyatda olmasa da, digər sənət dostları kimi ömrünü filmlərində davam etdirir Eldar Quliyev… Hər dəfə ekranlarda onun ərsəyə gətirdiyi filmləri görə biliriksə, demək ki yaşayır. Yaşadıqca, milli kinomuzu da yaşadır ölməz rejissor.

Cəvahir

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv