!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Filmsevərlərin NƏZƏRİNƏ: "Apreldə izləyə biləcəyiniz..." - ARAŞDIRMA

!Reklam – Yazi

İnsanların böyük bir qismi boş vaxtlarını film izləməklə dəyərləndirir. Lakin hər insanın zövqü müxtəlif olduğundan uyğun janrı tapmaqda çətinlik çəkirlər.

Bəs hər kəsin zövqlə izləyəcəyi filmlər hansılardır?

Yenicag.az aprel ayında çıxacaq olan 5 ən yaxşı filmi təqdim edir:

Həm yumor, həm də macəra tipli film axtarırsınızsa, “Beef” tam sizə görədir. Filmin premyerası aprelin 6-da “Netflix” platformasında baş tutacaq.

Bir kinoda həm intriqa, həm komediya, həm də ailə münasibətləri necə cəmləşə bilər? “Dreamland” da bütün bu mövzular əhatə olunub. Sözügedən ekran işini 6 apreldən etibarən izləyə bilərsiniz.

Müharibə mövzulu kino sevərlər “Transatlantic” adlı kinonu bəyənərək izləyəcək. Lahiyədə həm II Dünya müharibəsi, həm də romantizm yer alıb. Film 7 apreldə beynəlxalq səviyyədə təqdim olunacaq.

Bəzi insanlar bədii roman əsasında çəkilmiş ekran işlərini çox sevir. Məşhur yazar Laura Deyvin ən çox satılan romanı əsasında çəkilən “The Last Thing He Told Me”nin treyleri artıq milyonlarla baxış toplayıb. Film 14 apreldə “Apple Tv+” kanalında yayımlanacaq.

Sənədli film heyranısınızsa, “Dear Mama” adlı lahiyəni mütləq izləməlisiniz. Kino 1996-cı ildə öldürülən dünyaca məşhur reper Tupak Şakurun həyatı haqqındadır. “Dear mama” 21 apreldə “Hulu” platformasında yayımlanacaq.

Şahanə Paşa

www.yenicag.az

1677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv