!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Final günü metrodan 762 min sərnişin istifadə etdi

!Reklam – Yazi

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mayın 29-da 761 717 nəfər sərnişin daşıyıb.

Bunu Yenicag.az-a qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, bu adi günlərə nisbətən 171 717 nəfər, yaxud 29,1% çoxdur. Qeyd edək ki, Bakı metrosu ilə gün ərzində orta hesabla 590-600 min civarında sərnişin daşınır.

Qurum sözçüsü saat 00:00 – 04:00 arasındakı gücləndirilmiş iş rejimi müddətində də daşınan sərnişinlərin sayını açıqlayıb. Bu vaxtlarda metrodan 43 529 sərnişin istifadə edib.

Xatırladaq ki, dünən Bakıda UEFA Avropa Liqasının finalı keçirilib.

www.yenicag.az

757
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv