!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Final öncəsi Fransa millisində ciddi itkilər

!Reklam – Yazi

Fransa milli komandası DÇ-2022-nin final oyununda Argentina ilə qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, Avropa təmsilçisi bu görüşə ciddi itkilərlə hazırlaşır. Komandanın bu gün baş tutan məşqində Rafael Varan, Kinqsli Koman və İbrahima Konate xəstəlik səbəbindən iştirak etməyib.

“Xoruzlar”ın itkiləri bununla da bitmir. Yüngül zədələri olan Orelyen Çuameni və Teo Hernandes idman zalında fərdi məşq ediblər. Mərakeşlə matçda iştirak etməyən Adrien Rabyo və Dayo Upamekano isə kollektivlə məşqə qatılıb.

Qeyd edək ki, Argentina – Fransa qarşılaşması 18 dekabr tarixində Bakı vaxtilə saat 19:00-da start götürəcək.

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv