!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fındıq qəbulu məntəqəsindən 10 mindən artıq pul oğurlayan şəxs saxlanıldı

!Reklam – Yazi

Oğuzda fındıq qəbulu məntəqəsindən 10 mindən artıq pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Oğuz rayonun Qumlaq kəndi ərazisində yerləşən fındıq qəbulu məntəqəsindən ayrı-ayrı vaxtlarda ümumilikdə 10 808 manat pulun oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Əhliman Qocayev saxlanılıb. Araşdırma zamanı onun bir ay ərzində beş dəfə həmin obyektdən oğurluq etdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv