!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkə Rusiya ilə sərhəddə yerləşən daha dörd keçid məntəqəsini bağlayır

!Reklam – Yazi

Finlandiya noyabrın 21-dən 22-nə keçən gecə Rusiya ilə sərhəddə qalan sonuncu dörd keçid məntəqəsini də bağlamaq niyyətindədir.

Bu barədə Finlandiya mətbuatı xəbər verib.

Məlumatda qeyd olunub ki, artıq Finlandiyanın Baş naziri Petteri Orponun hökuməti qərarı bu gün elan edə bilər.

Xatırladaq ki, bundan əvvəl Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddəki səkkiz keçid məntəqəsindən dördünü – Vaalimaa, Nuijamaa, İmatra və Niiralanı bağlamaq qərarına gəlib. Onlar noyabrın 18-də işlərini dayandırıblar.
Finlandiyada sərhədlərdə tətbiq edilən məhdudiyyətin sığınacaq istəyənlərin sayının artması ilə izah edilib.

Rəsmi Helsinki bildirir ki, son həftələr İraq, Yəmən və digər ölkələrin vətəndaşları Rusiya üzərindən kütləvi şəkildə Finlandiyaya gələrək sığınacaq istəməyə başlayıblar.

Mənbə: IltaLehti

www.yenicag.az

133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv