!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Finlandiya Rusiyadan EHTİYATLANIR: Sərhəddə HASAR ÇƏKİR

!Reklam – Yazi

Finlandiya Rusiya ilə sərhədini möhkəmləndirir.

Yenicag.az xəbər verir ki, Finlandiya yaxın aylarda Rusiya ilə sərhədində hasar çəkməyə başlayacaq.

Helsinki “milli təhlükəsizliyə xələl gətirə biləcək” qeyri-qanuni miqrant axınından qorxur.

Büdcəyə indiyədək 70 kilometrlik hissənin tikintisi üçün pul daxil edilib.

Eyni zamanda, rusların Finlandiyaya girişi artıq ciddi şəkildə məhdudlaşdırılıb. Məsələn, rusiyalı turistlərə Şengen vizası ilə, həmçinin Rusiya nömrəli avtomobillərə gəlmək qadağandır.

Qeyd edək ki, Rusiya ilə Finlandiya arasında quru sərhədi 1000 km-dən çoxdur. Ona görə də tikintisi planlaşdırılan hasar onun yalnız kiçik bir hissəsini əhatə edəcək.

Pilot meydança artıq istifadəyə verilib.

Xuraman Etibarlı

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv