!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Finlandiya və İsveçin mümkün NATO üzvlüyü - Ərdoğandan 2 ŞƏRT 

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Ofisindən məlumat verilib.

Telefon danışığının əsas gündəmi İsveç və Finlandiyanın NATO üzvlüyü məsələsi olub.

Ərdoğan Stoltenberqə Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlığının haqlı olduğunu bildirib.

Ərdoğan, “Hər iki ölkən terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə qarşı sanksiyaları qaldırdıqlarını və müttəfiqlik həmrəyliyi nümayiş etdirməyə hazır olduqlarını açıq şəkildə bildirməlidir”, – deyə vurğulayıb.

Bundan başqa, Ərdoğan bu ölkələrin terrorçuların ekstradisiyası ilə bağlı sorğuya müsbət cavab vermədiklərini də qeyd edib:

“Türkiyə Finlandiyadan 6-sı PKK, 6-sı FETÖ-çü olmaqla 12 terrorçunun ekstradisiyasını tələb edib. O, İsveçdən 10-u FETÖ, 11-i PKK üzvü olmaqla 21 terrorçunun ekstradisiyası üçün müraciət edib. 2 ölkədən ümumilikdə 33 terrorçunun ekstradisiya edilməsi tələb edilib. Lakin bu günə qədər hər iki ölkədən bu ekstradisiya sorğularına müsbət cavab verilməyib”.

NATO-nun baş katibi Stoltenberq də mühüm müttəfiqi olan Türkiyənin gözləntilərinin qarşılanmasının vacibliyinə diqqət çəkib.

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv