!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Finlandiya və Litvanın ərazi sularına müdaxilə İDDİASI: Rusiya hansı addımı atacaq?

!Reklam – Yazi

“Uzun müddət idi ki, Rusiya ilə Avropa arasında iqtisadi-siyasi münasibətlər yüksək səviyyədə idi. Bu gün Avropa ölkələrinin Rusiyada 600 milyard dollar civarında sərmayəsi var. Rusiya ilə Avropa arasında da iqtisadi-siyasi münasibətlər getdikcə inkişaf etməkdə idi. Bu cür əlaqələr Rusiyanın iqtisadi cəhətdən inkişafına gətirib çıxarırdı”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Azad Məsiyev deyib.

O, Qərb mətbuatı tərəfindən Rusiyanın Baltikyanı ölkələr və Finlandiya sərhədlərinin birtərəfli dəyişdirilməsi ilə bağlı yayılan iddiaları şərh edib.

A.Məsiyevin fikrincə, Ukrayna müharibəsindən öncə Rusiya-Avropa münasibətləri Birləş Ştatları narahat etməyə başladı:

“Hətta Fransa prezidenti Emmanuel Makron dedi ki, NATO-da beyin krizisi gedir. O cümlədən, Almaniyanın sabiq kansleri Angela Merkel bəyan etmişdi ki, Avropa özünün təhlükəsizliyini qorumaq üçün ordusunu yaratmalıdır. Belə olan halda da Birləşmiş Ştatlar Avropanı itirmək həddində idi. Bu baxımdan, ABŞ öz imperializm siyasətini qorumaq üçün Avropa ilə Rusiya arasında münaqişə yaratmalı idi ki, onlar bu münaqişəni Ukrayna müstəvisində həyata keçirdilər”.

Onun sözlərinə görə, ABŞ NATO-nu Rusiya sərhədlərinə doğru irəlilətməklə Rusiya ilə NATO arasında qarşıdurma yaratdı.

“Bu qarşıdurmanın nəticəsində Ukrayna münaqişəsi ortaya çıxdı. Ukrayna münaqişəsinin nəticəsi olaraq, Avropa ilə Rusiyanın əlaqələri kəsildi və NATO bloku Avropada daha da güclənib genişləndi. Eyni zamanda, Avropa Birliyi ABŞ-nin qanadı altına sığınmağa başlandı. Ümumilikdə Avropa ABŞ-nin bir ştatına çevrilib. ABŞ-də hansı qərarlar qəbul edilirsə, Avropa İttifaqı da ona uyğun davranır”, – deyə o bildirib.

“O ki qaldı Baltikyanı respublikalar ilə Rusiya arasında olan münasibətlərə, Ukrayna münaqişəsi yaranana qədər Rusiyanın Baltikyanı ölkələr ilə münasibətləri yüksək səviyyədə idi. ABŞ çalışır ki, Avropa Birliyinin ayrı-ayrı dövlətləri ilə Rusiya arasında münaqişələr yaratsın. Finlandiyanın NATO blokuna daxil edilməsinə də sözügedən təxribatın tərkib hissəsi kimi baxmaq lazımdır. Ona görə ki, Finlandiya və Rusiya arasında heç bir təhlükə yox idi və onların siyasi-iqtisadi münasibətləri yüksək səviyyədə idi. Nəticədə, Finlandiya NATO-ya daxil edilməyə məcbur edildi və bu gün rəsmi Helsinki Rusiya əleyhinə istifadə olunur”, – deyə o, əlavə edib.

Siyasi təhlilçi qeyd edib ki, Rusiya öz milli təhlükəsizliyini qorumaqdan ötrü, özünə qarşı olan təhdidlərə cavab verməkdədir:

“Əgər ABŞ Baltikyanı respublikaları da Rusiya əleyhinə kökləyəcəksə, Moskva buna adekvat cavab verməlidir. Amma bu günün özündə istər Baltikyanı respublikalar, istərsə də digərləri bu təxribata getməməlidir. Fikrimcə, Rusiya özünümüdafiə üçün bütün vasitələri məqbul sayacaq”.

Qeyd edək ki, nüfuzlu “The New York Times” nəşri ötən gün qeyd edib ki, Rusiya rəhbərliyi Baltikdə ilk eskalativ addıma gedir. Məlumata görə, Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirdikdən sonra növbəti addımı Finlandiya və Litva ərazi sularına müdaxilə olacaq.

Rafi Müslümov

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv