!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Finlandiyada nazir buna görə istefa verməyə məcbur oldu

!Reklam – Yazi

Finlandiyanın iqtisadi inkişaf naziri Vilhelm Yunnila təyinatından 10 gün sonra tutduğu vəzifədən istefa verib.

Yenicag.az xəbər verir ki, o, iyunun 20-də nazir postuna gətirilib.

Bundan sonra aparılan araşdırmalar nəticəsində V.Yunnilanın əvvəllər nasizmə rəğbət bəslədiyi üzə çıxıb.

O, mətbuata açıqlamasında bildirib ki, partiyanın və parlament qrupunun etimadına baxmayaraq, bu postda qalmağı məqsədəuyğun hesab etmir.

Qeyd edək ki, V.Yunnila nazir təyin olunandan sonra Finlandiya mətbuatı onun ifrat sağçı təşkilatların fəaliyyətində iştirakı və nasizmlə əlaqəyə dair eyham dolu fikirlər səsləndirməsi barədə bir neçə material dərc edib.

Təyinatdan dərhal sonra V.Yunnila etdiyi hərəkətə görə üzr istəyib. /report

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv