!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Finlandiyanın NATO-YA ÜZVLÜYÜ: Rusiya bu gedişatla barışıb? - ŞƏRH

!Reklam – Yazi

“Bu istiqamətdə prosedurlara bir-iki il əvvəl başlanılsaydı, yəqin ki, mənzərə daha fərqli olardı”.

Bu fikirləri Rusiyanın ötən həftə Ukraynaya hərbi təcavüzə başlamasından sonra Finlandiyanın NATO üzvlüyü istiqamətində prosedurlara start verməsinə Moskvanın səssiz qalmasının səbəblərinə toxunan politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, Rusiya mövcud şəraitdə Finlandiyanın NATO-ya üzvlüyünə geniş problematikanın tərkib hissəsi kimi yanaşır:

“Öncə qeyd etmək lazımdır ki, Finlandiya neytral ölkə statusunda olsa da, Avropa İttifaqının üzvü kimi qitənin ümumi təhlükəsizlik sisteminə daxildir. O baxımdan, Rusiya tərəfindən Finlandiyanın NATO-ya üzvlük niyyətinə etiraz etməyin əhəmiyyəti yoxdur.

Digər tərəfdən, NATO-ya can atan Ukrayna və Gürcüstan Rusiyanın qərb sərhəd perimetrində kifayət qədər geniş zolaq təşkil edirlər. Yəni bu ölkələrin NATO-ya üz olmaları bu alyansın Rusiyanın qərb sərhədlərini demək olar, tamamilə “bağlaması” anlamına gələrdi.

Rusiya da öz nəzərində strateji paritetin pozulmaması mövqeyindən çıxış edərək, buna müqavimət göstərirdi. Diqqət etdiyiniz kimi, Moskvanın Ukraynaya hərbi müdaxilə ilə bağlı “əsaslandırmalarında” da təhlükəsizliyə təminat verilməməsi önə çəkilir.

Finlandiyanın NATO-ya üzvlüyü istiqamətində prosedurlara bir-iki il əvvəl başlanılsaydı, yəqin ki, mənzərə daha fərqli olardı. Sadəcə, Rusiya mövcud şəraitdə Finlandiyanın NATO-ya üzvlüyünə geniş problematikanın tərkib hissəsi kimi yanaşır”.

A.Zeynalov

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv