!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Firadan qiymət artımına ETİRAZ: “Adamın əsəbdən segah oxumağı gəlir”

!Reklam – Yazi

“Bir əlçatan taksimiz var idi, onun da qiyməti artan kimi olacaq tam”.

Bunu aparıcı Fira Cəlilova yeni taksi tənzimləmələri adı altında qiymət artımı ilə bağlı narazılığını ifadə edərkən Yenicag.az-a açıqlamasında deyib.

Fira bu qərarların əhali arasında narazılıqla qarşılandığını bildirib:

“Hansı günümüzə taksinin qiymətini qaldırırıq?Adını qoyublar yeni taksi tənzimləmələri, məqsəd isə bəllidir; qiymətləri qaldırmaq. Əhalinin əksər hissəsi ucuz olduğu üçün taksi xidmətlərindən istifadə edir, bu qərarlar insanlar arasında narazılığa səbəb olub.

Şəxsi avtomobilim olsa da, mən də tez-tez taksidən istifadə edənlərdənəm. Ən azından ona görə ki, şəhərdə dəhşətli parkinq problemi var və bu problem həll olunmayana qədər məcburi taksidən istifadə edirik. Sürücüyə deyəndə ki, kondisioneri qoşun, deyir işləmir. Bundan əlavə avtomobillər pis vəziyyətdə, toz-torpaq içində. Hələ siqaretin qoxusunu demirəm. Bəxtimizə bayağı mahnını sevən sürücü düşdüsə, vay halımıza. Bütün yolu tanımadığımız müğənnilərin repertuarını əzbərləmiş oluruq. Bu “luks” bəs etmirmiş kimi hələ qiymət artımı da üzərinə gələndə, adamın əsəbdən lap segah oxumağı gəlir. Bir əlçatan taksimiz var idi. Onun da qiyməti artan kimi olacaq tam”.

Cəvahir

www.yenicag.az

1026
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv