!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Firuzə İbadovanın ƏN BÖYÜK ARZUSU: “Allahdan möhlət istəyirəm ki…”

!Reklam – Yazi

“Qadının ruhu təmiz olmalıdır ki, zaman keçdikcə o gözəllik üzündə əks oluna bilsin. Buna heç bir estetik əməliyyatla nail olmaq mümkün deyil. Söz yox, kiminsə kopmleksləri varsa plastik və estetik əməliyyatla problemi aradan qaldıra bilər. Bunun özü də bir mədəniyyətdir. Amma ruhun təmizliyi qədər qadını heç nə gözəlləşdirə bilməz”.

Bunu doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən tanınmış müğənni, Əməkdar artist Fruzə İbadova Yenicag.az-a açıqlamasında deyib.

“Allahım məni anama hədiyyə göndərmişdi”, – deyən sənətçi ana itkisinin onun üçün son dərəcə ağır olduğunu bildirib:

“Bu gün həm də anamın doğum günüdür. Onun yoxluğu ürəyimi sızladır. Mən onun üçün Tanrı hədiyyəsi idim. Sona qədər də anamla birgə yaşadım, ondan güc aldım. Həyatımın xoşbəxt və kədərli günlərinin şahidi oldu, birgə qeyd etdiyimiz doğüm günlərini indi onsuz keçirmək məni kədərləndirir. Amma həyat varsa, kədər də olacaq, sevinc də. Kədər olmasa, sevincli günlərin də qədrini bilmərik. Ən böyük hədiyyəmi qızım dünyaya gələndə almşam. Allahdan möhlət istəyirəm ki, ömrümə ömür qatsın, qızımı və nəvəmi istədiyim yerə çatdırmağa imkan versin. Hələ görüləcək işlərim çoxdur, sevənlərim məndən yeni mahnılar gözləyir”.

Cəvahir

www.yenicag.az

834
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv