Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fişəng fabrikində güclü partlayış - 3 nazir hadisə yerinə getdi - VİDEO

Türkiyənin Sakarya şəhərinin Xəndək qəsəbəsindəki fişəng fabrikində partlayış baş verib.

Yenicag.az xəbər verir ki, məlumata görə fabrikdə təxminən 150-200 nəfər var.

Hadisənin başvermə səbəbləri bəlli deyil.

Bölgəyə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürənlər cəlb edilib.

Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca və Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlçuq hadisə yerinə yola düşüb.

Sakarya qubernatoru Çətin Oqtay Qaldırım hadisə nəticəsində ölən olmadığını bildirib:

“Yaralanan 50 nəfər xəstəxanaya aparılıb, ölən olmayıb. Fabrikin ətrafında təhlükəsizlik tədbirləri aparılır”.

Bu fabrikdə son 11 il ərzində 3-cü partlayışın olduğu qeyd edilib.

www.yenicag.az

371