!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fitch” Rusiyanın itkilərini açıqladı

!Reklam – Yazi

“Fitch Ratings” reytinq agentliyi Ukraynadakı müharibənin Rusiya iqtisadiyyatına 1998-ci ildəki defoltdan daha çox itki verəcəyini proqnozlaşdırır.

Yenicag.az  xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.

Belə ki, Rusiyaya qarşı rekord maliyyə-iqtisadi sanksiyalar fonunda ölkə iqtisadiyyatı 8% azala bilər. 1998-ci ildə defolt Rusiya ÜDM-nin cəmi 5,4% azalmasına səbəb olub.

“Fitch Ratings”in proqnozuna görə, Rusiyada istehlak inflyasiyası 2022-ci ilin sonuna kimi 18%-ə çatacaq.

Bundan əlavə, agentlik artan sayda beynəlxalq şirkətlərin ölkədən çıxması fonunda Rusiya Federasiyasına xarici investisiyaların azalacağını proqnozlaşdırır.

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv