Reklam: High Technic
hightechnic

Fizika üzrə Nobel mükafatı laureatı vəfat etdi

Fizika üzrə Nobel mükafatı laureatı Leon Maks Lederman 96 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, novator-tədqiqatçı Leon Lederman, Aydaho ştatının Reksberq şəhərində 3 oktyabrda dünyasını dəyişib.

O, bir neçə elementar hissəcik kəşf edib: myuon neytrinosu və antineytrino, myuoni, antideytron, ipsilon-mezon və b.

Qeyd edək ki, o, 1988-ci ildə Melvin Şvarts və Cek Steynberqlə birlikdə fizika üzrə Nobel mükafatı alıb.

www.yenicag.az

9176