!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fiziki məhdudiyyətli şagirdlərin TƏHSİL İMKANI: “Biliklə yanaşı, həm də onların sosiallaşması üçün…”

!Reklam – Yazi

 

“Dövlət başçısının müvafiq tapşırığını əsas götürən adiyyatı qurumlar təhsilin hər bir vətəndaş üçün əlçatan olması istiqamətində işlər görürlər”

Bu fikirləri xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təhsil alma forması haqda danışan ekspert Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, fiziki məhdidiyyətli uşaqlara bilik verməklə yanaşı, onların sosiallaşması üçün də uyğun şərait yaradılmalıdır:

“Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təhsili daha çox inklüziv və ya evdə təhsil formasında olur. Elm və Təhsil Nazirliyi də çalışır ki, onlara müyyən qədər dəstək olsun.

Həmçinin dövlət başçısının müvafiq tapşırığını əsas götürən adiyyatı qurumlar təhsilin hər bir vətəndaş üçün əlçatan olması istiqamətində işlər görürlər. Əsasən, son illər bu mərçivədə inklüziv təhsilə daha çox diqqət ayrılır. .

Bizim əsas məqsədimiz istər fiziki məhdudiyyətli, istərsə də digər sağlamlıq imkanları məhdud olan uşaqlara bilik verməklə yanaşı, həm də onların sosiallaşması üçün də şərait yaratmaq olmaldır”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan psixoloq Fuad Əsədov isə bildirib ki, fiziki məhdudiyyətli uşaqların məhz məktəbdə təhsil almaları daha münasibdir:

“Xüsusi qayığıya ehtiyacı olan uşaqların evdə təhsil alması tövsiyə edilmir. Çünki bir uşağın inkişaf prosesində sosiallaşma vacib amilldir. Səbəbindən asılı olmayaraq, sosiallıqdan təcrid olunmuş bir uşağın sosial bacarıqları inkişaf etmir və bu halda uşaq avtomatik olaraq insanlarla doğru-düzgün münasibət qura bilmir.

Bildiyimiz kimi, fiziki məhdudiyyətli insanların təhsil almaları üçün özəl məktəblər, liseylər fəaliyyət göstərir. Araşdırmalar göstərir ki, özümüzü xoşbəxt hiss etməyimizə gedən yol sosiallaşmadan keçir. Uşaq sosiallıqdan məhrum olarsa, üstəlik, bunun səbəbi fizkiki mədudiyyətlə bağlıdırsa, bu, uşağın psixologiyasına da mənfi təsir göstərir.

Yaxşı olar ki, belə uşaqlar cəmiyyətə adaptasiya olunaraq müəyyən mövqe tutsunlar və özlərini təsdiq edə bilsinlər. Bəzi valideynlərdə belə bir düşüncə olur ki, “uşağım xəstədir, onu incitməyək”. Belə valideynlər övladlarını evdən çölə buraxmaq istəmirlər.

Lakin unutmayaq ki, bu hal uşağın sosiallaşması ilə yanaşı, əqli inkişafının ləngiməsinə də səbəb olur. Hətta əqli geriləməsi olan uşağın belə müntəzəm məktəbə gedərək tədris prosesində birbaşa içtirak etməsi onun inkişafına daha yaxşı təkan ola bilər”.

Nuray Məmmədzadə

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv