!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Flora Kərimova gizlinləri açdı: “Şayiə yaydılar ki, onu öldürüblər” - FOTO

!Reklam – Yazi

Bu gün mərhum xalq artisti Nəzakət Məmmədovanın doğum günüdür.

Sənət dostu, xalq artisti Flora Kərimova 1980-ci ildə uğursuz əməliyyat nəticəsində dünyasını dəyişən sənətkarı yad edib:

“Nəzakət həddən artıq ünsiyyətcil, incə ruhlu, şirindilli bir xanım idi. İnsanlar onu çox istəyirdi. Təəssüf ki, vaxtsız ölüm onu alıb apardı. Mən onun ölümünü ağır qarşıladım. Elmira Rəhimova ilə birgə yasına getdik. Yas mərasimindən qayıdanda yolda Nəzakətlə bağlı xatirələrimizi bölüşüb, ağladıq. Ölümündən sonra şayiələr yayıldı ki, onu kimsə öldürüb. Yalan sözdür. Düzdür, o vaxt Nəzakəti dəlicəsinə sevən kişi vardı. Hətta Nəzakət öləndən sonra həmin adam onun kasetlərinə qulaq asıb ağlayırmış. Bu ülvi sevgi idi. Nəzakət sadəcə olaraq uğursuz əməliyyatın qurbanı oldu. Boğazında qırışlar vardı, bu qırışları götürtmək üçün əməliyyata getmişdi. Amma həyatını itirdi. Ondan sonra oğlu və nəvəsi də vaxtsız əcəlin qurbanı oldu. O vaxt onun varlığını qəbul etməyən müğənni vardı, adını çəkmək istəmirəm, çünki sağdır. Həmişə ona mane olmağa çalışırdı” .

 

Cəvahir

www.yenicag.az

3953
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv