Xalq artisti Flora Kərimova şəxsi həyatı ilə bağlı gizlinləri bölüşüb.
Yenicag.az-a açıqlama verən illərin sənətkarı həyat yoldaşlarının ona olan sevgisini xatırlayıb. O, bu günə qədər həyat yoldaşlarının ona xəyanət edib-etmədiklərini bilmədiyini deyib:
“Həyat yoldaşlarım çox mədəni insanlar olub. Onların mənə sevgisi həm də onda olub ki, mənə xəyanət edib-etmədiklərini bilməmişəm. Bunu bilsəydim də, heç reaksiyamın necə olacağını təsəvvür etməmişəm. Yəqin ki, xəyanəti hiss etsəydim, onu buraxardım, gedərdi. Güclə əri ər etmək olmazdı. Yox, əgər kişi şıltaqlığıdırsa, olsun, niyə olmasın ki, onda mənim qədrimi daha çox bilərdi. Bir də ki, aldanmaq istəməmişəm. Hərdən zarafatla qızıma deyirəm ki, ərə gedirəm. Onların reaksiyasını bilmək xoşuma gəlir. Oğlum da, qızım da təəccüblə üzümə baxıb deyir ki, “mamoçka”…”
Cəvahir