Flora Kərimovadan xalq artisti ilə sevgili olması xəbərinə reaksiya: “Ayıbdır”

Mərhum xalq artisti Həsənağa Turabovun xalq artisti Flora Kərimova ilə sevgili olması ilə bağlı iddialar səslənib.

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Əli Nurun bu iddiası qarşı tərəfin narazılığına səbəb olub.

Yenicag.az-a açıqlama verən xalq artisti sənətkarların adını xırdalamamağa çağırıb:

“Əli Nur adlı bir aktyor tanımıram. Amma kimdirsə, Allah canını sağ eləsin, ruzisi bol olsun. Qaldı ki, Həsən Turabovla bağlı sözlərə, sənətkarlarla bağlı danışanda ehtiyatlı olun. Nə mənim, nə də Həsən Turabovun adını belə xırdalamayın. Ayıbdır”.

Qeyd edək ki, Əli Nur bu iddianı ölkə.az saytına açıqlamasında səsləndirib.

Cəvahir