Xalq artisti Flora Kərimova rəqsi ilə hər kəsi heyrətləndirib.
Yenicag.az xəbər verir ki, xalq artisti baş rola çəkildiyi “Qaynana 2018” filminin qala gecəsinə fərqli tərzdə qatılıb.
“Qayınana” musiqi sədaları altında qol qaldırıb oynayıb. Gülşad Baxşıyeva da ona qoşulub.
Qeyd edək ki, filmdə müasir qayınananı tərənnüm edən Canan (Flora Kərimova) oğlunu imkanlı və elit ailənin qızı ilə evləndirmək istəsə də, oğlu evlərində çalışan qulluqçunun qızına aşiq olur.
Layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadədir.
Cəvahir