!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Formatdan formata keçirilən GÖRÜŞLƏR: "Hazırlıq ərəfəsində, yaxud elə danışıqlar aparılan zaman..."

!Reklam – Yazi

“Görüş hazırlığı ərəfəsində, yaxud elə danışıqlar aparılan zaman ya Azərbaycan əsgərinin yolu azdığı və əsir düşdüyü, ya da atəşkəsin pozulduğu xəbərləri yayılmağa başlayır”.

Bunu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində keçirilən görüşünü şərh edən politoloq Cümşüd Nuriyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə Azərbaycan və Ermənistan arasında razılaşdırılmalı olan əsas məsələ sərhədlərin delimitasiya və demarkasiyasıdır:

“Berlin və digər formatlarda aparılan danışıqlarda ortaq məxrəcə gəlinməsi üçün çətin olan bir məsələ var. Ermənilər anklavların qaytarılması əvəzində Azərbaycanın yüksəkliklərdən geri çəkilməsini istəyir. Bu isə qeyri-mümkün bir şeydir. Azərbaycan ordusu həmin yerləri tərk etsə, Ermənistan ordusuna nəzarəti itirə bilər. Nəticədə isə xoşagəlməz hallar yaşana, hətta Azərbaycan əsgəri yatdığı yerdə belə şəhid edilə bilər.

Azərbaycan SSRİ-yə 114.000 kvadratkilometrlik ərazi ilə qoşulub. Yəni Ermənistanın ələ keçirdiyi 20.000 kvadratkilometrlik ərazi tam olaraq Azərbaycanındır. Müstəqillik qazandıqdan sonra çox çətinliklərdən keçərək Azərbaycanın AXC-nin siyasi varisi olduğunun qəbul edilməsinə nail olduq. Bu amillər nəzərə alındıqda hələ də danışıqlarda həll olunmayan və yeni görüşlər tələb edən məsələlər var.

Əlavə olaraq, hər dəfə danışıqlar zamanı qəribə hallarla rastlaşırıq. Artıq bunu təsadüf belə adlandırmaq olmur. Görüş hazırlığı ərəfəsində, yaxud elə danışıqlar aparılan zaman ya Azərbaycan əsgərinin yolu azdığı və əsir düşdüyü, ya da atəşkəsin pozulduğu xəbərləri yayılmağa başlayır. Çünki bu kimi hallar Azərbaycana qarşı “kozır” kimi istifadə olunur. Əgər varsa, ordu daxilində üçüncü qüvvənin izləri araşdırılmalı, xoşagəlməz halların planlanmasının arxasında kimlərin dayandığı üzə çıxarılmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv