Reklam: High Technic
hightechnic

"Formula-1"dən gedəcəyik" - "Ferrari"nin prezidentindən xəbərdarlıq

Reklam: Sinerji Pro

“Ferrari”nin prezidenti Serjo Markione, Formula-1 rəhbərliyinin yarış seriyasını yaxşılaşdırmaq üçün son təkliflərinə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, o, sözügedən yarışla bağlı köklü dəyişiklərə əl atılacağı təqdirdə “Ferrari”nin “Formula-1″dən gedəcəyini bəyan edib:

“Əgər Formula-1 idman yarışı olmaqdan çıxıb, başqa  performansa çevrilsə və ya NASCAR yarışına dönsə, “Ferrari” bu yarışdan ayrılacaq. “Formula-1″i dəyişdirməklə bağlı təkliflər reallığa çevrilsə, bu, dəqiq baş verəcək.

“Liberty Media” ilə məqbul həllər tapmağa çalışırıq. On gün əvvəl “Liberty” öz təklifini etdi, amma əvvəlcə bütün detalları incələmək istəyirik. Yalnız bundan sonra “Ferrari”nin maraqlarına uyğun bir seçim edəcəyik”.

Qeyd edək ki, son dövrlərdə bəziləri “Formula-1″ə texnoloji müdaxilələrin azaldılmasını istəyir. Lakin “Ferrari” və “Mercedes” əvvəlki standartların saxlanılmasında maraqlıdır.

www.yenicag.az

961