!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Fransa, ABŞ və digər Qərb dövlətləri ilə mütəmadi əlaqələrin sıxlaşdırılması..." - ŞƏRH

!Reklam – Yazi

“Ermənistanın Fransa, ABŞ və digər Qərb dövlətləri ilə mütəmadi əlaqələrinin sıxlaşdırılması Rusiyada birmənalı qarşılanmır”.

Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin İrəvanı açıq təhdid etməsinə münasibət bildirən Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Volodinin İrəvana xəbərdarlığını başa düşmək çətin deyil:

“Son zamanlar rəsmi İrəvan Rusiyanın orbitindən çıxmağa hesablanmış addımlarını sürətləndirib. Belə ki, Fransa, ABŞ və digər Qərb dövlətləri ilə mütəmadi əlaqələrin sıxlaşdırılması Rusiyada birmənalı qarşılanmır.

Volodinin yalnız İrəvana xəbərdarlıq etdiyini düşünmürəm. Xəbərdarlığın Azərbaycan daxil olmaqla, postsovet məkanında olan bütün ölkələrə aid olduğunu hesab edirəm. Çünki Rusiya Ukraynada bataqlığa salınıb, itirəcəyi böyük bir şey yoxdur. Rusiyaya Qərbin kifayət qədər sanksiyası var. Hətta ABŞ-nin son bəyanatlarına nəzər salsaq, dolayı yolla Rusiya ilə müharibə etməyə belə hazırlaşdıqlarını görərik.

Rusiya öz niyyətinə çatmaq istəyir. Ancaq Ukraynada gedən müharibə göstərdi ki, bu, asan məsələ deyil. Rusiya hələ də kifayət qədər güclüdür. Yəni Ermənistanı cəzalandırmaq iqtidarındadır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv