!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Fransa Azərbaycana qarşı atdığı addımların bədəlini mütləq ödəməlidir” – AKP millət vəkili

!Reklam – Yazi

“Fransa parlamenti bu qərarı ilə regionda sülhün yox qarşıdurmanın hökm sürməsində maraqlı olduğunu göstərdi”.

Bu fikirləri Fransa Senatının ötən gün Azərbaycan əleyhinə növbəti qətnamə qəbul etməsinə münasibət bildirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Fransa parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın regionda yaratdığı yeni şəraiti dəyişdirə bilməz:

“Çox təəssüf ki, Fransa 44 günlük Vətən müharibəsindən əvvəl tutduğu ədalətsiz mövqeyi bu savaşdan sonra da davam etdirməkdədir. Xatırlayırsınızsa, savaşın yekunlaşmasından cəmi bir neçə gün sonra da Fransa parlamenti Azərbaycan əleyhinə çox haqsız və gerçəkliyə sığmayan qətnamə qəbul etmişdi.

Bütün bunlar Fransanın Azərbaycanın savaşda qalib gələrək bölgədə yeni reallıq yaratmasını həzm edə bilməməsinin təsdiqidir. Fransa parlamenti bu qərarı ilə regionda sülhün yox qarşıdurmanın hökm sürməsində, dinc həyatın bütün şərtlər əsasında bərpa edilməməsində maraqlı olduğunu göstərdi.

Fransa bu addımı ilə özünü Qarabağdakı ermənilərin təəssübkeşi və cavabdehi kimi aparmağa cəhd göstərir. Ancaq onlar unudurlar ki, Azərbaycan Prezidenti Qarabağ ermənilərini ölkənin vətəndaşları kimi görür və onların hüquqlarının təmin ediləcəyini bildirir. Bunun üçün əsas şərt Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamağı qəbul etmələridir.

Təbii ki Fransa parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın regionda yaratdığı yeni şəraiti dəyişdirə bilməz. Ancaq nə olur-olsun, Fransa Azərbaycana qarşı atdığı addımların bədəlini mütləq ödəməlidir. Eyni zamanda, bunu bildirmək istərdim ki, Türkiyə hər zaman olduğu kimi, yenə də Azərbaycanın yanındadır. Bu qardaşlığı, birgəliyi kimsə poza bilməz”.

A.Zeynalov

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv