!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa Ermənistana Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarını ötürəcək” - Korotçenko

!Reklam – Yazi

“Fransa kəşfiyyatı Azərbaycanın siyasi və hərbi xarakterli məlumatlarını, peyk və elektron kəşfiyyat materiallarını Ermənistana ötürəcək”.

Yenicag.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Ermənistan və Fransa arasında əldə olunmuş razılığa görə, Azərbaycan, Rusiya, Türkiyə və İranın kəşfiyyat xarakterli bütün məlumatları İrəvana ötürüləcək.

“Məlumatlı mənbələrdən məlum olduğu kimi, baş nazir Nikol Paşinyanın Parisə səfəri zamanı Fransa (DGSE) ilə Ermənistanın (SVR) xarici kəşfiyyat xidmətləri arasında sıx tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılıq əldə olunub.

Bu çərçivədə razılaşdırılmış məsələlərin siyahısına uyğun olaraq, Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə DGSE tərəfindən alınan siyasi və hərbi xarakterli kəşfiyyat məlumatlarının, o cümlədən peyk və elektron kəşfiyyat materiallarının İrəvana təqdim edilməsi planlaşdırılır”, – Korotçenko qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv