!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa Ermənistandan TƏLƏB ETDİ: "Sərhəddən Rusiya FTX-ni yığışdır"

!Reklam – Yazi

Fransa Ermənistan hakimiyyətindən sərhəddə Rusiya FTX-dən qurtulmağı tələb edir.

Yenicag.az xəbər verir ki, Fransanın Ermənistandakı səfirliyi maraqlı siyahı dərc edib. Bu, Parisin İrəvanla “əməkdaşlığı vurğulamaq” niyyətində olduğu əsas istiqamətləri göstərir.

Siyahıya islahatlar, investisiya və miqrasiya sahəsində siyasət, “Qarabağdan olan qaçqınlara dəstək”, eləcə də qeyri-müəyyən ifadələr – “sərhədlərin idarə edilməsi, təhlükəsizlik və müdafiə” daxildir.

Bu o deməkdir ki, Paris faktiki olaraq Ermənistanın müdafiə strategiyasına, ordunun təchizatına və silahlanmasına nəzarət edəcək. Həmçinin “sərhədlərin idarə olunması” üzərində işləyəcək.

Bunun müqabilində Ermənistan “investisiya” və “qaçqınlara dəstək” adı altında Fransadan pul alacaq. Fransa Ermənistan hakimiyyətinə təzyiq edir ki, Rusiya FTX agentlərini öz sərhədlərindən tez yığışdırsın.

Kreml çətin ki, buna biganə qalsın. Görünür, Paşinyanı dekabrın sonunda Sankt-Peterburqda çətin söhbət gözləyir. Əlbəttə ki, Paşinyan MDB ölkələrinin qeyri-rəsmi sammitinə getməyə risk etsə, son anda fikrini dəyişməsə.

Xuraman Etibarlı

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv