!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa hüquq müdafiə təşkilatı Qarabağ erməniləri mövzusunu manipulyasiya edənlərə MÜRACİƏT ETDİ

!Reklam – Yazi

Fransa hüquq müdafiə təşkilatı Qarabağ ermənilərinin manipulyasiyasına qarşı çıxıb.

Yenicag.az xəbər verir ki, Fransanın “Vicdan Azadlığı Assosiasiyalarının Koordinasiya İttifaqı” hüquq müdafiə təşkilatı Qarabağ erməniləri mövzusunu manipulyasiya edənlərə müraciət edib.

“Regionda ədalətli və davamlı sülhə aparan yeganə yol bu xalqın taleyinin siyasi manipulyasiyası deyil, insan hüquqlarının qorunmasıdır”, – Assosiasiyasının bəyanatında qeyd olunur.

Bundan əvvəl qurum bəyanat yayaraq Azərbaycan hakimiyyətini “Arayik” və şirkətin fəaliyyəti ilə bağlı aparılan araşdırma zamanı Qarabağın erməni əhalisinin hüquqlarının qanunsuz rejim tərəfindən pozulması faktlarının açıqlanmasını təmin etməyə çağırıb.

Fransız hüquq müdafiəçilərinin cəsarətli bəyanatını təqdim edirik:

“Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin bayrağını Xocalı şəhəri üzərində qaldırıb. 1992-ci ilin fevralında Xocalının azərbaycanlı sakinləri Birinci Qarabağ müharibəsi zamanı ən dəhşətli qırğınlardan birini yaşadılar. Bu, Xocalı qətliamının 613 günahsız qurbanı üçün 30 il ərzində tələb olunan ədalət hissini oyadır. Bu hiss indi daha da güclənir ki, Qarabağda qanunsuz rejimi idarə edən və Xocalı qətliamı kimi bir sıra hərbi cinayətlərdə əli olduğu iddia edilən keçmiş səhra komandirləri Bakıda dəmir barmaqlıqlar arxasında ədalət gözləyir.

Bununla belə, müharibə şəraitində olan bu torpaqlarda həqiqi barışıq ədalətin və hamı üçün insan hüquqlarının bərpasını tələb edir. İndi Qarabağda qanuni “boz zona” aradan qaldırılıb. Qeyri-qanuni rejimin mövcud olduğu bütün illər ərzində Qarabağın “boz zonası”nda pozulan erməni əhalisinin hüquqlarını da unutmaq olmaz. Ona görə də bu keçmiş hərbi rəhbərlərin məhkəməsi zamanı Azərbaycan da Qarabağın erməni əhalisinin hüquqlarını qanunsuz rejim tərəfindən pozulduğunun ifşa olunmasını təmin etməlidir.

Bizim tərəfimizdən Qarabağda insan hüquqlarının pozulması ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə ötən ildən başlanmış “Qarabağda İnsan Hüquqları üzrə Maarifləndirmə Kampaniyası” Qarabağ ermənilərinin üzləşdiyi insan haqları pozuntularını müəyyən edərək, bu prosesin monitorinqini həyata keçirməyə qayıtmışdır. Məqsədimiz ədalət və icmaların həqiqi barışığı, o cümlədən Qarabağa ləyaqətlə yaşamaq üçün qayıtmaq istəyən ermənilərə onların əsas insan hüquqlarının təhlükəsizliyi təmin olunmaqla kömək etməkdir.

Bölgədə ədalətli və davamlı sülhə aparan yeganə yol bu xalqın taleyinin siyasi manipulyasiyası deyil, insan hüquqlarının qorunmasıdır”.

Xuraman Etibarlı

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv