!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa Qazaxıstanla razılaşdı: Bakı Parisə Azərbaycandan keçməklə uran aparmağa İCAZƏ VERƏCƏK? - VİDEO

!Reklam – Yazi

Makron noyabrın 1 və 2-də Qazaxıstan və Özbəkistana səfər edib.

Yenicag.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun məqsədi “Fransanın enerji təhlükəsizliyini artırmaq”dır. Bu məqsədlə Qazaxıstanla yeni müqavilələrin bağlanmasına ehtiyac var. “Avroatom”un məlumatına görə, Qazaxıstan Fransaya ən böyük (2659 ton) uran tədarük edən ölkədir.

İndi isə qarşıda bir vacib sual durur: Qazaxıstan uranı Fransaya necə çatacaq?

Qazaxıstan mediasında hazırda müzakirə olunan mövzulardan biri budur.

Bu barədə Qazaxıstandan olan bloger maraqlı çıxış edib:

“Fransa uranı Qazaxıstandan necə apacaq? Bu təhlükəli radioaktiv metalı ancaq yerüstü, yaxud dəniz nəqliyyatı vasitəsilə aparmaq mümkündür.

Bunu ancaq Rusiya ərazisindən Avropaya çatdırmaq olar ki, buna da Putin razı olmayacaq. Yaxud da şərt qoyacaq. Məsələn, sanksiyaların ləğvini təlb edəcək, fransızlar da buna razılaşmayacaqlar.

Qalır ikinci variant: Xəzər dənizindən keçməklə Bakıya, oradan Türkiyəyə, daha sonra Fransaya.

Necə düşünürsünüz, Fransanın Ermənistana 12.5 milyon avro məbləğində humanitar yardım və silah göndərəcəyi ilə bağlı vədindən sonra azərbaycanlılar uranı öz torpaqlarından keçirməyə razı olacaqlarmı?

Mənə elə gəlir ki, Bakı Parisi elə uzaqlara və uzunmüddətli göndərəcək ki, Fransa Paris üzərində lövhə kimi uçacaq”.

Xuraman Etibarlı

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv