!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa Senatı Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıdı

!Reklam – Yazi

Fransa Senatı (parlamentin yuxarı palatası) 1932-1933-cü illər Qolodomorunun ukraynalıların soyqırımı kimi tanınmasını dəstəkləyib.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb.

“Fransa Senatı indicə 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıdı. Mən ədaləti bərpa edən və milyonlarla qurbanın xatirəsini ehtiramla yad edən bu tarixi səsverməyə görə fransız senatorlarına minnətdaram”, – Kuleba bildirib.

Xarici işlər naziri qeyd edib ki, belə cinayətlər heç vaxt təkrarlanmamalı və heç vaxt unudulmamalıdır./Oxu.az/

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv